Müğənni Hadisə "TV8”-də yayımlanan "O səs Türkiyə”nin canlı efirində qətlə yetirilən tələbə qız Özgecan Aslanın qatilinin edamını istəyib.
Özgəcanın qətli ilə bağlı Acun və Gökhanın başsağlığından sonra Hadisə danışıb:
"Canlı yayımdayıq, açıq danışacam. Bu ölkədə nələrsə dəyişməlidir. Fikrimcə, belə insanlar yaşamamalıdır. Üzr istəyirəm, efirdir, söylədiklərimizə fikir verməliyik. Amma mən bu mövzuda heç cür güzəştə gedə bilmərəm”.
Qeyd edək ki, 21 yaşlı Özgəcan avtobs sürücüsü tərəfindən zorlanaraq yandırılıb.