MDB ölkələrinin sakinləri arasında yeyib-içməyə ən çox Azərbaycan
vətəndaşları pul xərcləyir. Yeyib-içməyə xərclənən vəsait ailə
büdcəsinin yarıdan çoxunu təşkil edir.
Bu cür proqnozu "VTB-kapital”ın analitikləri verib.
Proqnoza əsasən, bu il rusların da ailə büdcəsinin yarıdan çoxu qida
məhsullarına xərclənəcək. Hələ ki, bu xərclər 40% təşkil edir.
MDB ölkələri arasında Gürcüstan sakinləri də ailə büdcəsinin böyük
hissəsini qida məhsullarına xərcləyir. Məsələn, Qazaxıstanda qida
məhsullarına xərclənən vəsait gəlirlərin təxminən 42%-ni təşkil edir.
Moldovada isə bu göstərici 43%-dir.