Makiyaj fırçası gənc qızı iflic etdi

Müəllif: rəmsə
Şərhlər: 17
Baxılıb: 5 410
Səs ver:
(səs: 29)
27 yaşlı Jo Gilşrist adlı qızın həyatı rəfiqəsinin makiyaj fırçasından istifadə etdiyi üçün kabusa çevrilib.
Jo üzündəki sızanağı gizləmək üçün tonal kremdən istifadə edərkən rəfiqəsinin makiyaj fırçasından istifadə edib.Rəfiqəsinin üzündə stafilokok bakteriyasının olduğu onun ağlına belə gəlməyib.Sızanağın içərisində olan bakteriyalar bir müddət sonra orqanizmdə yayılıb və qızın onurğasına zərər verib.Dəhşətli ağrılarla xəstəxanaya aparılan Joya antibiotiklər vurulsa da,həkimlər onu iflic olmaqdan xilas edə bilməyiblər.Kiçik bir səhv üzündən əlil arabasına məhkum olan qız hələ də özünü bağışlaya bilmir.
Qeyd edək ki,alimlər stafilokok bakteriyasının bir çox insanın dərisində yaşadığını bildirirlər.İmmuniteti zəif,allergiyaya meyilli insanlarda ciddi infeksiyalara səbəb olur.Mütəxəssislər gigiyenik qaydalara əməl etməyi və.başqalarının şəxsi əşyalarından istifadə etməməyi məsləhət görürlər.
(səs: 29)
Şərhlər: 17
Baxılıb: 5 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri