Tanınmış aparıcı və "Şöşü" obrazı ilə "Bozbash pictures"in sevimli aktyoru İlkin Həsəni sevdiyi xanımla olan fotosunu sosial şəbəkədə paylaşıb.
Fotoda sevdiyi xanımın üzünü gizlədən aparıcı belə şərh yazıb: "Kişi ilə xoşbəxt olmaq üçün sən onu yaxşı başa düşməli, az sevməlisən. Qadınla xoşbəxt olmaq üçün isə sən onu çox sevməli və onu başa düşməyə çalışmalısan".