Burak Özçivit indi də bu gözəlin dalınca qaçır – FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 618
Səs ver:
(səs: 3)
Qarşı tərəfin baş rol təkifini qəbul edib-etməyəcəyi hələlik bilinmir...

Son vaxtlar produsser kimi də fəaliyyət göstərən və uğurlu işlərə imza atan yaraşıqlı aktyor Burak Özçivit 3-cü filmini çəkməyə hazırlaşır. Daha öncəki filmində sevgilisi Fahriyə Evcənlə birlikdə kamera qarşısına keçən aktyor bu dəfə baş rolu aktrisa Neslihan Atagülə təklif edib.

Burak Özçivit sentyabrda yayımlanmağa başlayacaq "Kara Sevda" adlı serialda da Neslihan Atagüllə tərəf müqabil olmaq istəsə də, qarşı tərəfin baş rol təkifini qəbul edib-etməyəcəyi hələlik bilinmir.

Qeyd edək ki, 10 il ərzində 20 ssenari yazdığını bildirən Burak Özçivit onların hamısını ekranlaşdırmaq üçün "BRK'S Production” adlı şirkət qurub. Prodüsserlik fəaliyyətinə "Aşk sana benzer” ("Eşq sənə bənzər”) adlı filmlə başlayan və sevgilisi Fahriyə Evcənlə kamera qarşısına keçən Burak 1.5 milyon lirə gəlir əldə edib. Bu uğurdan sonra ikinci filmi "Kardeşim benim”i ("Qardaşım mənim”) çəkən Burak Özçivit yaraşıqlı müğənni Murat Boz və aktrisa Aslı Enver ilə kamera qarşısına keçib.

 

 

 

(səs: 3)
Şərhlər: 13
Baxılıb: 7 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri