Bakıda ərinə xəyanət edən qadın şantaj edildi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 10 472
Səs ver:
(səs: 2)
Onlar evlənmək istəsələr də, qızın anası buna qarşı çıxıb.
Bakıda evli qadın gənc oğlan tərəfindən şantaj və rüsvayçılıq obyektinə çevrilib.

Bu barədə Sputnik-ə Suraxanı rayonu Polis İdarəsindən məlumat verilib. 
İdarəyə 28 yaşlı xanım A.M. müraciət edib. O bildirib ki, tanışı 1990-cı il təvəllüdlü Ş.Məmmədov şantaj və hədə-qorxu yolu ilə qadının 10 min manat məbləğində pul və qiymətli əşyalarını ələ keçirib.
Gənc oğlan qadın pul verməzsə, onların intim əlaqəsi barədə qohumlara danışacağı ilə hədələyirmiş.
Qadının qohumları onun xəyanəti barədə evdən qiymətli bər-bəzək əşyaları yoxa çıxdıqdan sonra xəbər tutublar. Bundan əlavə, evdən böyük məbləğdə pullar yoxa çıxmağa başlayıb. Bu sirli itkilər mütəmadi xarakter daşımağa başlayıb. Beləliklə, A.M-dən şübhələnməyə başlayıblar.
Elə həmin vaxt qadın ərinə və qohumlara şantajçı barədə danışıb.
Məlum olub ki, qadınla bir məktəbdə oxumuş Məmmədov bir il əvvəl onunla əlaqə yaradıb. Məmmədov və A.M. hələ məktəb illərində bir-birinə qarşı sevgi hissləri bəsləyiblər. Onlar evlənmək istəsələr də, qızın anası buna qarşı çıxıb və A.M. başqasına ərə gedib.
Məmmədov qadına bildirib ki, onu əvvəlki kimi sevir və özü də evli olduğu üçün gizli görüşməyi təklif edib. Qadın razılaşıb.
Onlar bir müddət görüşüblər. Sonra Məmmədov əlaqə barəsində hamıya danışacağı ilə hədələyərək sevgilisindən pul qoparmağa başlayıb. Ona görə də A.M. dünənədək inandığı şantajçının tələblərini yerinə yetirməyə başlayıb. Şantaj bir il, qadının evində qızılın itməsindən xəbər tutulanadək davam edib.
Polisdən bildiriblər ki, şantajçı hələ saxlanılmayıb, lakin A.M.-i yaxşı heç nə gözləmir. Onun hərəkətindən yalnız ərinin qohumları deyil, həm də öz valideynləri xəbər tutublar. Hüquq-mühafizə orqanlarının nümayəndələri xəyanətin cütlüyün dinc ayrılması ilə başa çatacağına əmin deyillər.
Qeyd edək ki, iş üzrə materiallar Xətai rayon Polis İdarəsinə göndərilib. Bütün hadisələr məhz bu rayonun ərazisində baş verib. Məmmədov Suraxanı rayonunun ərazisində yaşadığı üçün bu rayonun polis idarəsinə müraciət olunub.
Şantaj faktı üzrə istintaq davam edir.
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 10 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri