İntihar edən gəncin məktubu tapılıb.
Martın 4-nə keçən gecə Zərdab rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.
1998-ci
ilin 22 yanvar tarixində anadan olmuş Məmmədov Sərxan Arif oğlu sevdiyi
qızdan "yox” cavabı aldığı üçün həyatına qəsd edib.
18 yaşını yenicə tamam etmiş Sərxan yaxın qohumlarından birinin
qızını sevirmiş. O, Qazaxıstanda yaşayan qızla mütəmadi əlaqə
saxlayırmış və onunla mesajlaşırmış. Qıza sevgisini elan edən gənc oğlan
əsgərliyə yola düşmək ərəfəsində ondan cavab almağa çalışırmış. Bu
günlərdə həmin qızdan "yox” cavabı alan S.Məmmədov dərin sarsıntı
keçirib və intihar etmək qərarına gəlib.
Dünən
axşam ailə üzvləri evdə televizora baxarkən S.Məmmədov həyətə düşüb və
özünü talvardan asaraq intihar edib. Gecə saatlarında onun yatağında
olmadığını görən yaxınları həyətə düşəndə dəhşətli mənzərə ilə
üzləşiblər.
18
yaşlı Sərxan intihar etməzdən əvvəl ailə üzvlərinə məktub yazıb. Yataq
otağından tapılan məktubda o, intiharına görə kimsənin günahkar
olmadığını deyib və bir xahişinin sevdiyi qızın valideynlərinə
çatdırılmasını xahiş edib: "Xahiş edirəm, onun valideynlərinə deyin ki,
onu sevdiyi şəxsə versinlər, sevmədiyi adamla evlənməyə məcbur
etməsinlər".
Qeyd edək ki, S.Məmmədovun sevdiyi qıza yazdığı mesajlar da aşkar edilib.