Bakıda həkimlər xalqı talamağın yeni yolunu tapıb - Ehtiyyatli olun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 318
Səs ver:
(səs: 0)
İndi Bakıda təcili yardım həkimləri tərəfindən xəstəni dəxli oldu-olmadı, ürəyin koronaroqrafiya müayinəsinə göndərilməsi geniş hal alıb.
 
Xalq arasında "anju" kimi tanınan bu əməliyyata hətta 28 yaşlı gəncləri də göndərirlər və çox vaxt təcili yardım həkiminin kürəkdə və döş qəfəsində müşahidə olunan ağrılara görə qoyduğu "diaqnoz" özünü doğrultmur. Adətən, pasientin ürəyində ciddi problem olmur, xəstə ya terapevtin, ya da nervopataloqun qəbuluna getməli olur.
 
Arxada isə koronaroqrafiya müayinəsi üçün ödənilmiş bir neçə yüz manatın itkisi, "anju"nun bədəndə qoyduğu izlər qalır. Adətən bu cür müayinədən keçmiş gənclər bir neçə ay fiziki aktivlik göstərə bilmirlər. Bəzən bu, pasient üçün ciddi maliyyə problemləri yaradır. Məsələn, yanlış olaraq "anju" edilmiş bir nəfər Yasamal sakini - 50 yaşlı santexnik 3 aya qədər evdə oturmalı oldu və həmin müddətdə ailəsi ciddi maddi sıxıntı keçirdi. Çünki əməliyyat biçarə santexnikin biləyindən edilmişdi və həkimlər ona qəti olaraq özünü gücə salmamağı məsləhət vermişdi.  
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla ANS-ə müsahibəsində, ümumiyyətlə, təcili yardım həkiminin xəstə üçün koronaroqrafiya müayinəsi təyin etməyə ixtiyarı olmadığını bildirir. Onun sözlərinə görə, koronaroqrafiya müayinəsindən əvvəl xəstə bir neçə müayinədən keçməlidir: "Xəstələrin yeri gəldi-gəlmədi koronaroqrafiya müayinəsinə göndərilməsi barədə söhbətlər xeyli vaxtdır ki, var. Bu müayinəni təcili yardım həkimi yox, yalnız kardioloq bir neçə xüsusi müayinədən sonra təyin edə bilər". 
 
Koronaroqrafiya müayinəsi ürəyin işemik xəstəliyi zamanı koronar arteriyaların daralma səviyyəsini müəyyən etmək üçün təyin edilir. Bu zaman qana rentgendə görünən maddə qatılır və rentgen çəkilişi aparılır.  Koronaroqraflar müayinədən sonra pasientlərə çox maye qəbul etməyi və həmin maddəni bədəndən tez kənarlaşdırmağı məsləhət görürlər.
 
Buna görə də Adil Qeybulla gərək olmadan xəstəyə koronaroqrafiya müayinəsi təyin edilməsinin zərərli olduğunu vurğulyır: "Təcili yardım həkiminin koronaroqrafiya müayinəsi təyin etməsi cinayətdir. Xüsusilə də sağlam adamlarda əks təsir yarada bilər. Hər halda, qana kontrast maddə qatılır və o, bədəndə müəyyən izlər buraxır".
 
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev də müsahibəsində təcili yardım həkiminin xəstəyə koronaroqrafiya müayinəsi təyin etməsinin cinayət olduğunu vurğulayıb: "Ümumiyyətlə, təcili yardım həkimi xəstəni özəl klinikaya göndərə bilməz. O, yalnız xəstəni ərazi üzrə  dövlət xəstəxanasına apara bilər. Həmçinin xəstəyə koronaroqrafiya müayinəsi də təyin edə bilməz. Buna yalnız bizim istintaq qrupunun səlahiyyəti çatır. Əgər hansısa həkim bunu edibsə, artıq bu, cinayət sayılır".
 
Təcili yardım həkimləri də bu faktı nəzərə alırlar. Özəl klinikaya "anju" müştərisi göndərən təcili yardım həkimi ilk öncə "xəstə"nin yaxınlarından imtina ərizəsi alırlar. Ərizədə xəstənin dövlət müəssisəsinə getməkdən imtina etdiyi və müalicəsini özəl klinikada davam edəəcyi vurğulanır. Daha sonra təcili yardım həkimi özəl klinikanın həkiminə zəng edərək əlində xəstə olduğunu və gəlib qəbul  etmələrini "xahiş edir". Bu zaman vətəndaşı işemik xəstə olduğuna inandırmaq üçün əlindən gələni edir. Ona tərpənməmiyi, yemək yeməməyi buyurur , qohumları tək-tək çölə çağıraraq söhbətlər edir və s. Teatr ən sonda onunla bitir ki, sinəsində cüzi əzələ və ya duz ağrısı olan xəstə evindən xərəkdə çıxarılaraq heç bir müayinəsiz "anju"ya aparılır. Təbii ki, təcili yardım həkimi göstərdiyi fəaliyyətə görə özəl klinika tərəfindəni "mükafatlandırılır".
 
Oqtay Şahmalıyev bu cür əməllərin qarşısını almaq üçün vətəndaşların yardımına ehtiyac olduğunu bildirir: "Belə fakt olan kimi vətəndaşlar dərhal bizə xəbər versinlər. Təcili yardıma (103) da. Səhiyyə Nazirliyinin qaynar xəttinə də müraciət etsinlər. Bu cür şarlatanların kökünü kəsmək üçün elliklə  mübarizə aparmaq lazımdır. Qoy onların təqdim etdiyi imtina formalarına qol çəkməsinlər və müayinəni müvafiq dövlət müəssisələrində davam etsinlər".
 
Əlbəttə, vətəndaşların sağlamlığı ictimai məsələdir və bü məsələdə əhalinin rəsmi qurumlara dəstəyi çox önəmlidir. Amma bu məsələdə rəsmi qurumların da nəzarəti artırması çox vacibdir. Məsələn, Səhiyyə Nazirliyi bu cür ittihamları araşdıraraq, hansı həkimin hansı özəl klinika üçün "işverənlik" etdiyini rahatlıqla müəyyən edə bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri