Evli qadın sevgilisinin üzünə kislota töküb YANDIRDI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 664
Səs ver:
(səs: 0)
Pakistanda evli qadın onunla evlənmək istəməyən sevgilisinin üzərinə "kislota" töküb.

Artıq Pakistan polisi Monil Moi adlı qadını həbs edib.

Hadisə Pakistanın Multan şəhərində baş verib. "Associated Press" agentliyinin məlumatına görə, 32 yaşlı qadın rəsmi olaraq evli olmasına rəğmən sevgilisi Sadakat Alinin onunla evlənəcəyi təqdirdə ərindən boşanacağını bildirib.

Polis hücuma məruz qalan Alinin hazırda Multan şəhər xəstəxanasına çatdırıldığını bildirib.

Pakistanda buna oxşar hadisələr adətən "adət-ənənə cinayətləri" başlığı altında qadınlara qarşı törədilir. Buna görə bu hadisə Pakistan cəmiyyəti üçün qeyri-adi hal hesab olunur.

İyunun əvvəlində isə Pakistanda 19 yaşlı bir qız evlilik təklifinə "yox" dediyi üçün dəhşətli şəkildə qətlə yetirilib. Sevdiyi qızdan mənfi cavab alan oğlan əvvəlcə onu döyüb, sonra isə yandırıb. Əvvəl işlədiyi məktəbin müdirinin oğlunun təklifini rədd edən 19 yaşlı gənc müəllimə Maria Sadaqat müdir və onun dostlarının hücumuna məruz qalıb.

Təcili olaraq xəstəxanaya çatdırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları bir qrup şəxsin gənc qızı döydüyünü, daha sonra üstünə benzin tökərək yandırdığını təsdiqləyib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri