HAZIR OLUN! Azərbaycanda üçüncü devalvasiya dalğası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 661
Səs ver:
(səs: 0)
"Dollara tələb yüksək olduğu üçün növbəti dövrlərdə də dolların məzənnəsində artım davam edəcək".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçi-alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkədə dollar qıtlığı olmasına baxmayaraq, dollara tələb yüksəkdir. Bu tələb 700 milyon dollara qədər artıb. Lakin bunun normadan artıq olmasına baxmayaraq, həmin tələb ödənilmir. Çünki Azərbaycan Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dolların həcmi 50 milyon dollardır. Təkliflə tələb arasında 12-14 dəfə fərq var. Buna görə də ölkədə dollara olan tələbin ödənilməsində ciddi çətinliklər yaranıb.

"Mənim proqnozum ondan ibarətdir ki, dollar manata nisbətən möhkəmlənməkdə davam edəcək. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Bu da birbaşa ABŞ valyutasına olan tələbin yüksəlməsi ilə əlaqəlidir. Növbəti dövrlərdə də dollara tələb olduğu üçün Azərbaycan valyuta bazarlarında manatın məzənnəsinin zəifləyəcəyi müşahidə ediləcək". - iqtisadçı deyib.

Azərbaycan növbəti devalvasiya baş verəcək?

Ekspert bildirib ki, bu mərhələdə Azərbaycanın növbəti devalvasiyaya getməsi Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq. MB mövcud tənzimləyici valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Lakin, Mərkəzi Bank tənzimləyici valyuta rejimindən liberal valyuta rejiminə keçərsə, manatın dollara nisbətən daha sıçrayışla zəifləyəcəyi müşahidə ediləcək.

V.Bayramov əlavə edib ki, son 3 ayda dollar manata nisbətən hər 100 dollarda 24 manat möhkəmlənib. Bu isə məzənnədə bahalaşmanın davam edəcəyindən xəbər verir. Bu valyutanın möhkəmlənəcəyi prosesi dollara olan tələbatın ödənildiyi halda dayana bilər. İndiki halda dollara olan tələbin ödənilmədiyi müşahidə olunmadığı üçün məzənnədə artım olacağı qaçılmazdır.

HAZIR OLUN! Azərbaycanda üçüncü devalvasiya dalğası

Qeyd edək ki, dünəndən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb. Satışın dayandırılmasının səbəbini "Bank Respublika"da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki. bu "bankın daxili qərarıdır". "AtaBank"da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır. "Nikoil Bank"dan verilən xəbərə görə, avqustun 30-dan bütüm növ xarici valyutanın satışını dayandırıblar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri