Ana 16 yaşlı qızını yataq otağında kişiylə tutdu - VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 16 926
Səs ver:
(səs: 1)
Amerikada 34 yaşlı qadın yataq otağında 16 yaşlı qızını oğlanla öpüşərkən tutub.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Amerikanın Oklahoma ştatında yaşayan Valeri Fovler adlı qadın qızıyla yataq otağında tutduğu 31 yaşlı şəxsə silahdan atəş açaraq yaralayıb.

Polis bazar ertəsi günü Fovlerin evində gənc qadının bir şəxsi silah ilə yaraladığı xəbərini alıb. Polis məmuru Lerri Rodes, gələn məlumat sonrası qadının evinə getdiklərini və 31 yaşlı şəxsi qan içində evin giriş qapısında tapdıqlarını söyləyib.

Öpüşdüyü qızın anası tərəfindən yaralanan Veyl təyyarə ilə Oklahoma Şəhər Xəstəxanasına çatdırılıb.

Yaralının xəsarətinin yüngül olduğu və həyati təhlükəsinin olmadığı açıqlanıb.

Veyl polisə verdiyi ifadədə gənc qızın sevgilisi olduğunu və onunla yataq otağında öpüşərkən anasının onları tutduqdan sonra ona tapança ilə atəş açdığını söyləyib.

Hadisədən sonra edilən istintaq araşdırması zamanı evin divarlarında qan izləri, qızın yatağının üzərində qan ləkələri və tapança tapılıb.

Hadisənin baiskarı olan qız isə anası işə getdikdən sonra sevgilisinin həftədə ən azı üç dəfə evlərinə gəldiyini etiraf edib.

Ana 16 yaşlı qızını yataq otağında kişiylə tutdu - VİDEO


(səs: 1)
Şərhlər: 6
Baxılıb: 16 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri