Rəqqasə Fatimə: “Oriental oynamışam, əcəb etmişəm”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 633
Səs ver:
(səs: 1)
Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şobəsinin müdiri İltifat Hacıxanoğlu SPACE kanalının efirində rəqqasə Fatimənin ad gününə həsr edilən verilişi top atəşinə tutub.

Gununsesi.info xəbər verir ki, bu haqda tanınmış jurnalist və Bəstəkarlar ittifaqınını sözçüsü social şəbəkədəki səhifəsində yazıb. Statusu olduğu kimi təqdim edirik: “Gör, nə günə qaldı “Space TV”, rəqqasə Fatiməyə ad günü keçirir. Orieantal Fatiməyə. Məncə ANS-i açıb, SPACE-ni yeniden yaratmaq lazımdır. Akademik sənəti kolxoz, sovxoz, bar səviyyəsinə endirən, atova lənət. Mən bundan sonra “Space TV” də Rəqqsanənin bacısına ad günü keçirilsə, təəccüblənmərərm… Rəqqasə axtarırsınız, gedin Opera və Balet Teatrınını o boyda xalq artistləri var, onlara ad günü keçirirn. Bu kənd təsərrüfatı ünsurlərini yığışdırırn efirdən”.

Rəqqasə bununla bağlı Gununsesi.info-ya açıqlama verib. O, deyib ki, əvvəla, həmin şəxsi tanımır və tanımaq da istəmir

“O, ümumiyyətlə, kimdir ki, mənim haqqımda danışır? Mənim işimlə məşğul insanam, imkan vermirlər ki, beynim bir balaca sakitləşsin. Nə istəyir məndən? Kim yazdırdıb ona o yazını? Mən bütün günü tədbirlərdəyəm, ildə bir dəfə konsert verirəm, cəbhə bölgəsinə gedib, orada çıxış edirəm. Bir dənə rəqqasə adı çəksinlər ki, mənim gördüyüm işləri edir?!

Bəsdirin paxıllıq elədiniz?! Oriental oynamışam? Əcəb etmişəm! Acından ölməli idim?! Oriental oynayan məgər pozğundu? Mən ailəli insanam, 21 yaşında qızım var, bəsdirin, artıq yığışdırın bu söhbətləri! Allahdan qorxun! Ona da deyirəm ki, əgər bir də mənim haqqımda artıq-əksik danışsa, onu məhkəməyə verəcəm. O, kimdir, heç tanımıram, tanımaq da istəmirəm”-deyə, o, sözlərinə əlavə edib.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri