Ölkədə kəskin bahalaşma gözlənilir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 18585
Səs ver:
(səs: 2)
İdxal dayanıb, topldansatış mərkəzləri mağazalara mal verə bilmir

Məşhur reytinq agentliyi: «Keçmiş sovet ölkələri arasında ən böyük maliyyə böhranı Azərbaycandadır»

“Mud Invester Servis” Azərbaycanın ölkədəki kapital üzərində müəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. Təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib.

Fins.az-ın məlumatına görə, məqalədə o da bildirilir ki, pul-kredit siyasəti ölkədə özünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. Təşkil olunan valyuta auksiyonlarında isə təklif olunan dollar təlabatdan dəfələrlə azdır.

Hesabatda bildirlir ki, manat son dövrlərdə daha çox ucuzlaşmaya məruz qalıb və hazırki “məzənnə tarixçəsi” ilə keçmiş sovet ölkələrinin valyutaları ilə müqayisədə daha pis vəziyyətdədir. Hətta Azərbaycan manatı devalvasiya səviyyəsinə görə Ukrayna qrivnasını da geridə qoyur.

Qeyd edək ki, son günlər ölkədə dollar ajiotajı yaranıb. Ölkədə fəaliyyət göstərən bankların əhəmiyyətli hissəsi dollar satışını dayandırıb. Bir neçə bank dollar satır ki, onlar da əhalidən aldıqları dollarları satdıqlarını bəyan ediblər. Həmin banklar 100 dollardan artıq satmır.

Dolların qıtlığı ölkədə bahalaşmaya səbəb olub. Siqaretlər bir neçə gün ərzində iki dəfə bahalaşıb. Digər məhsulların da qiyməti də günbəgün əhəmiyyətli dərəcədə artır. Ölkənin iri topdansatış mərkəzləri mağazalara mal buraxmır. Dərman depolarında da vəziyyət oxşardır. Eklektrotexnika ilə məşğul olan sahibkarlar da ölkəyə mal idxal edə bilmir. Ona görə də anbarlarda olan mal mağazalara ya verilmir, ya da baha qiymətə təklif edilir.

Ekspertlər hesab edir ki, bu gedişlə ölkədə qıtlıq və kəskin bahalaşma gözlənilir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 18585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri