Rövşən Lənkəranskinin qatili deyilən şəxsi tanıyın — FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 055
Səs ver:
(səs: 0)
Türkiyədə öldürülən Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən daha bir avtoritetin fotosu üzə çıxıb. Qətldə 4 nəfər şübhəli bilinir. Bunlar qətl törədilən vaxt R.Lənkəranskinin olduğu avtomobilin sürücüsü Tahir Can, killerləri Hacıbaba Talıxxanlı (Beyləqanski), Zaur İ. və Vahid M-dir.

Tutulanlardan yalnız Hacıbaba Beyləqanskinin fotosu yayılıb.

Criminal.az saytı R.Lənkəranskinin qətlində şübhəli bilinən Vahidin fotosunu əldə edib. Həmin foto bu il yanvarın 21-də Türkiyədə Lənkəranskinin ad günü məclisində çəkilib.

Xatırladaq ki, hadisə ilə bağlı Tahir C., Hacıbaba.T. ,Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb. Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir.

Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış.

Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstəxanada vəfat edib. Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi. M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.

Fotoda ortada Hacı, sol tərəfdəki isə Vahiddir

Rövşən Lənkəranskinin qatili deyilən şəxsi tanıyın — FOTOLAR
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 8 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri