17 il cəhənnəm əzabı yaşadı, 11 barmağı kəsildi, hər gün döyüldü (FOTO)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 2 153
Səs ver:
(səs: 0)
Türkiyədə 17 il əvvəl görücü üsulu ilə dini nigahla evləndirilən, hər gün döyülüb-söyülən və nəticədə 11 barmağı kəsilən 5 uşaq anası Gülfidan Sepil Ankaradakı evindən qaçaraq Vanda qardaşının yanına sığınıb. 35 yaşlı qadın prokurorluğa müraciət edərək ona işgəncə verən ərindən şikayət edib.Şanlıurfadan olan Gülfidan Sepil 17 il əvvəl - 18 yaşında qaziantepli Tayfur Çeliktopla evləndirilib. Ən böyük uşağının 16 yaşı olan qadın evləndiyi gündən zorakılığa məruz qalıb. Yaşadığı əzəb-əziyyəti ilk zamanlar heç kimə danışmayan Gülfidan Sepilə əri ailəsi ilə görüşməyi də qadağan edib. Bir neçə dəfə ərindən şikayət edən qadının sözlərinə görə, Tayfur Çeliktop fərari olub və saxta pasportla yaşayıb.Gülfidan Sepil bildirir ki, əri başına silah dayayaraq ondan istəmədiyi şeyləri deməsini və etməsini tələb edirmiş:

"Məni hər gün döyürdü. Sonuncu dəfə 5 ay əvvəl əllərimi və barmaqlarımı bağlayaraq bədənimə elektrik verdi. Başıma sərt əşya ilə vurduğu üçün huşumu itirdim. Qorxduğu üçün anasına və ailəsinə zəng edib. Onlar məni Qaziantepə aparıb bir özəl xəstəxanaya yerləşdirdi. İşgəncə səbəbindən əl və ayağımdan 11 barmaq kəsildi".
Xəstəxanada olduğu zaman polislərə ərinin verdiyi işgəncələr baradə məlumat verən Gülfidan Sepil bildirib ki, Tayfur Çeliktop hüquq-mühafizə orqanlarından qaçmağa nail olub. Xəstəxanadan çıxdıqdan sonra Qaztiantepdə - qayınanasının yanında yaşayan qadın burda da əri tərəfindən silahla təhdid olunub və qorxusundan qohumları ilə danışarkən hər şeyin yaxşı olduğunu demək məcburiyyətində qalıb. Sağaldıqdan sonra əri və uşaqları ilə Ankaraya dönən qadın burda da işgəncə görməyə davam edib:

"Ankaraya gəldikdən sonra yenə məni döyməyə başladı. Döyüldükdən sonra qızım mənə "Ana qaç canını qurtar" dedi. Uşaqlarım da qorxudan polisə zəng edə bilmir, çünki onları da döyür. Məni döyüb evdən çıxdıqdan sonra özümü çölə atdım. Qulağım partlamışdı, qan axırdı. Sonra huşumu itirdim. Küçədən keçən bir qadın təcili yardıma zəng edib. Gözlərimi xəstəxanada açdım. Səhər xəstəxanadan çıxıb polisə getdim. Daha sona vəkil gəldi, ona yaşadığım hər şeyi, 5 ay ərzində bir otaqda bağlı qaldığımı, göodüyüm işgəncələri anlatdım. Polisdən çıxandan sonra birbaşa Vana gəldim, böyük qardaşımın yanına sığındım. Onun ömür boyu sürünməsini, həbs olunmasını istəyirəm. Həbs olunsa, mən uşaqlarıma baxaram".Qaynarinfo.Az...

17 il cəhənnəm əzabı yaşadı, 11 barmağı kəsildi, hər gün döyüldü (FOTO)



(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri