"Ərə gedənə qədər sevgilim olmayacaq" - Aleyna Tilkidən etiraflar

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 1 810
Səs ver:
(səs: 0)
Sen olsan bari" klipi ilə son günlər dünyada ən çox izlənən kliplər sırasında yer alan Aleyna Tilki Türkiyə mediasına müsahibə verib.

- Avropa standartlarında bir klip çəkdik. Dünyada ən çox izlənənlər sırasına girdiyi üçün bütün ölkələrdə təklif edilən videolar sırasındadır. Hazırda 2 milyarddan çox izlənilən "Despacito"nun altında mənim klipimdir. Bu məni xoşbəxt edir. Dünya ulduzu olmaq istəyirəm və bu, məni bir az da ümidləndirir.

- İngilis dilində oxumaq planım da var. Amma istərdim ki türk dilində bir mahnı dünyada hit olsun. Tarkan, Sertab Erener əfsanə adlardır. Onlarla özümü müqayisə edə bilmərəm. Mənim də öz planlarım var. Ağlıma, gəncliyimə, gözəlliyimə güvənirəm.

- 10 il sonra Los Ancelesdə konsert verə bilməsəm, ev xanımı olacağam.

- Yeni klipi Britnio Spirsin "Crazy", “Work B..ch” klipləri ilə müqayisə edirlər. Bənzətmələri normaldır, çünki o keyfiyyətdədir. Britni ilk dəfə 17 yaşında çıxıb. Mən də o yaşdayam və eyni yaşda uşaqlar bənzər geyimlər geyinir, saçlarını bənzər edir, rəqsləri də oxşaya bilər. Amma klip tamamilə təsirlənmədən çəkilib. İndiyə qədər heç bir klipdə hovuzda boğulan ayı görməmişəm.

- Mən heç kimlə sevgili ola bilmərəm. Çünki bir münasibətə ad qoyduğunuz zaman o münasibətpis bir məcraya gedir. Onsuz da bir gün evlənəcəyəm. O zamana qədər heç kimlə belə münasibət yaşamaq istəmirəm. Mən sevgili məfhumuna qarşıyam. Dost olar, yoldaş olar, hamısı birdən də ola bilər, amma adını sevgili qoyduğun zaman məsuliyyətlər artır. Ona görə münasibətlərə ad qoymuram.

- Emrah Karadumanla aramızda bağ var. Amma bu sevgililik deyil. Dost kimi, ailə kimiyik... O, mənim hər şeyim, həm də heç bir şeyim.

- Estetik əməliyyatlar 50 yaşdan sonra ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri