2030-cu ildə Azərbaycan ərazisi buz bağlayacaq - İDDİA

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 1 570
Səs ver:
(səs: 0)
"Təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə şimal hissə buz bağlayacaq".
Qadınla.com bildirir ki, bunu açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə, buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.
"Bundan öncə də qeyd etdiyim kimi, Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur. Bu, buzlaşma dövrü ilə əlaqədardır. Bu il ölkəmizdə qış fəsli sərt keçib, yaz isə soyuq və yağışlı olub. İyun ayının 15-dən havalar isinməyə başlayıb. İsti havalar indi də davam edir. Bu ildə yay fəslindən qış fəslinə keçəcəyik. İqlimdə dəyişiklər baş verir. Bu dəyişiklərin əsas səbəbi insanın özüdür. Ətraf mühit həddindən artıq çirkləndirilib, bütün ərazi tullantılarla doludur. Buna görə torpaq, su, hava nəfəs ala bilmir, özünü "yaxşı" hiss edə bilmir. Həmçinin bəzi dövlətlər tektonik silahlardan istifadə edərək zəlzələrin olmasına səbəb olurlar".
Havaların tədricən soyuduğunu deyən T.Zeynalov bildirib ki, bu il qış ötən ilkindən sərt olacaq: "Ötən il oktyabrın 20-dən sonra palto, plaşa keçilmişdi. Bu il də belə olacaq. Ötən qışda Bakıda, rayonların bəzilərində qar az yağmışdı, amma dağlıq yerlərdə isə əksinə idi. Bu il daha artıq qarın yağması və qışın daha sərt keçməsi gözlənilir. İlbəil havalar tədricən soyuyur".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri