Şəbnəmin ərinin fotosu yayıldı - FOTO

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 42 231
Səs ver:
(səs: 0)
Son günlər adı saytların manşetindən düşməyən Şəbnəm Əsədova (Tovuzlu) barədə yeni məlumatlar yayılıb. Onun yeni sevgilisi barədə çıxan xəbərdən sonra müğənni yeni açıqlamalar vermişdi.

Milli.Az xəbər verir ki, o, musavat.com-un müxbirinə demişdi ki, həqiqətən də, hacı Rafiq adlı şəxslə evlidi.

Amma adıçəkilən şəxs mətbuatın təqdim etdiyi adam deyil. Şəbnəm Əsədova bildirib ki, hacı Rafiq adlı şəxslə evlidi, yaxın aylarda oğulları olacaq. Lakin bu Rafiqin başqa adam olduğunu, medianın təqdim etdiyi şəxs olmadığını söyləmişdi.

Şəbnəm Əsədovadan sitat:

"Yazılarda qeyd olunan başqa hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri "Memar Əcəmi"də deyil, "Tarqovı"da, "İçərişəhər"də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burada nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq.

Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir hacı Rafiq də var.

Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə hacı Rafiq də var".

Müğənni deyib ki, həyat yoldaşı hacı Rafiq əmisi oğludur.

Müğənninin yaxın çevrəsindən verilən məlumata görə, onun dedikləri yalandır. Belə ki, onun hacı Rafiq adlı əmisi oğlunun olmadığı bildirilir. Mənbəmiz bildirir ki, ola bilsin hacı Rafiqin ailəsində narazılıq yaranıb deyə, Şəbnəm bu cür yalan danışmağa, izi azdırmağa məcbur olub. Məlumatı verən mənbə israrla bildirir ki, hacı Rafiqlə bağlı verdiyi məlumat həqiqəti əks etdirir, əsla yalan deyil.

Xatırladaq ki, bir neçə gün öncə "Müğənni Şəbnəmin yeni sevgilisi hacı Rafiq kimdi?" başlıqla xəbər dərc edilmişdi. Xəbərdə bildirilirdi ki, müğənni hacı Rafiq adlı iş adamı ilə sevgilidir. Onun həmin adamdan hamilə olduğu deyilir. Hacı Rafiqin metronun "Memar Əcəmi" stansiyası yaxınlığında xeyli obyektləri var. Məlumatda o da bildirilirdi ki, hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Şəbnəmin ərinin fotosu yayıldı - FOTO
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 42 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri