Mətanət Əsədova: "Arxama baxan az idi, sən də bax" - FOTO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 13027
Səs ver:
(səs: 0)
Ötən gün Xəzər TV-nin efirində baxımlı verilişlərdən biri olan "5-də 5"in növbəti buraxılışı yayımlanıb.

Milli.Az primetime.az-a istinadən bildirir ki, tanınmış aparıcı Zaur Kamalın təqdimatında efirə gedən verilişin budəfəki qonaqları xalq artisti Teymur Mustafayev, tanınmış müğənni Mətanət Əsədova və muğam ifaçısı Rövşən Əziz olublar.

Canlı muğam ifaları, səmimi açıqlamalar proqramı daha da maraqlı edib. Öncə Mətanəti çəkiliş meydançasına dəvət edən Zaur ona çox gözəl göründüyünü deyib: "Mətanət, bu gün çox gözəl görünürsən. Libasın da yaraşıb sənə. Sənə Azərbaycanın Cenifer Lopezi deyirlər də..."

Mətanət isə cavabında: "Yox, mən elə Mətanətəm. Zaur, bu gün xüsusilə sənin üçün geyinib gəldim", -deyə gülümsəyib.

Verilişin ən yaddaqalan məqamlarından biri də Mətanətlə Teymur əminin muğam deyişməsi olub. Teymur əmi muğam ilə Mətanəti vəsf edərək bu sözləri dilə gətirib: "Sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət, eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur". Ayaq üstə qalxan Mətanət Ərkinaz Kamala dediyi bu sözlərlə günə möhürünü vurub: "Arxama baxan az idi, sən də bax".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 13027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri