Bakıda 219 bina söküləcək: 11 min sakin köçürülür

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 269
Səs ver:
(səs: 0)
Bakıda 11 min sakinin yaşadığı 219 bina söküləcək

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.

Day.Az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov virtualaz.org saytına görüləcək işlərlə bağlı geniş açıqlama verib.

Nərimanov rayonu ərazisində söküləcək evlərin sakinləri ilə görüş keçirilir, əhali məlumatlandırılır. Layihə çərçivəsində ilk olaraq Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub.

H.Cəfərov deyib ki, sözügedən layihə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.

"Nazirlər Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan evlərin sökülməsi, bu evlərdə yaşayan sakinlərin yaşadıqları ərazidə tikiləcək yeni binalarda evlə təmin edilməsi nəzərdə tutulub. Yaxın günlərdə Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub. Artıq sakinlərlə görüş keçirilib, əksəriyyəti ilə müqavilə imzalanıb", - H.Cəfərov qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, Qarabağ küçəsindəki mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadratmetrdir. Köhnə mənzillərin əvəzinə veriləcək mənzillərin sahəsi isə artıq olacaq:

"Qərarda göstərilir ki, yeni mənzillərin ümumi sahəsi köhnə mənzillərin ümumi sahəsindən 15-20 faiz artıq olacaq. Məsələn, 18 kvadratmetrlik mənzilin əvəzinə, 22 kvadratmertlik sahəsi olan mənzil verilməlidir. Amma yeni tikilidə belə mənzillər yoxdur. Buna görə də, indiyədək 18-20 kvadratmetrlik sahəsi olan mənzillərdə yaşayanlara 40-45 kvadratmetrlik sahəsi olan mənzillər veriləcək. Üstəlik, yeni mənzillər tam təmirli olacaq. Sakinlərin kirayə mənzillərə, bina tikiləndən sonra isə yeni mənzillərə köçürülməsi də şirkətin hesabına həyata keçiriləcək".

Şöbə müdiri deyir ki, binaların tikintisi 1 il 8 aya yekunlaşacaq. Bina tikilənə qədər isə sakinlərə hər ay kirayə haqqı ödəniləcək.

"Söküləcək mənzillərin yerində tikiləcək binalar 1 il 8 aya hazır olacaq. Bu müddətdə isə sakinlər kirayə evlərə köçəcəklər. Kirayə haqqı hesablanarkən bazar qiymətləri nəzərə alınıb. Birotaqlı mənzildə yaşayanlara 300, ikiotaqlı mənzili olanlara 400, üçotaqlı mənzildə yaşayanlara isə ayda 500 manat kirayə haqqı veriləcək. Sakinlər 1 il 8 aydan sonra tam təmirli mənzilə köçə biləcəklər", - H.Cəfərov əlavə edib.

Sakinlərin söküləcək mənzillərin əvəzində konpensasiya tələb etmələrinə gəlincə, Hüseynov mənzilin əvəzində yalnız yeni mənzil veriləcəyini söylədi.

"Layihədə konpensasiya nəzərdə tutulmayıb. Mənzilin yerində mənzil tikilir və köhnə mənzildəki otaq sayına görə yeni mənzil verilir. Hər il qış aylarında qəzalı mənzillərin sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. Bu evlərdə dam örtüyü sıradan çıxıb, tavan, döşəmə qəzalı vəziyyətə düşüb. Hətta məhəllələrdə yerimək mümkün deyil. Nazirlər Kabineti də şikayət və müraciətləri nəzərə alaraq, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə belə bir qərar verib. Sakinlər təmirli evə köçürüləcək və bundan çox xoşbəxtdirlər".

Yeni binaların tikintisi zamanı əhalinin sıxlığı nəzərə alınıb. "Layihədə 13-16 mərtəbəli binaların tikintisi nəzərdə tutulub. Binaların həyətində uşaq meydançaları, yaşıllıqlar salınacaq. Bundan əlavə, binaların həyəti geniş olacaq və həmin ərazilər göz oxşayacaq", - şöbə müdiri əlavə edib.

Paytaxt ərazisində qəzalı evlərin sökülərək yerində binaların tikilməsi həm də yeni iş yerlərinin açılması, tikinti sektorunun canlanmasına səbəb olacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri