Sumqayıt sakini 22 yaşlı Rəvan Həmidov sevdiyi qıza maraqlı evlilik təklifi edib.
BiG.AZ xəbər verir ki, şəhəri gəzməyə çıxan cütlük bulvara çatanda Rəvanın əvvəlcədən hazırladığı sürprizlə qarşılaşıb. Belə ki, o dostlarının qarşısında üzüyü sevgilisi Nigara təqdim edərək evlənmə təklifi edib.
Qeyd edək ki, cütülüyün nişanı dekabrda, toyları isə fevralda olacaq.