Şəmkirdə BİABIRÇILIQ! Ər onunla cinsi əlaqədə olmayan hamilə arvadına görün nə etdi ŞOK!

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 4 990
Səs ver:
(səs: 0)
Həyat yoldaşına işgəncə verməkdə ittiham olunan Şəmkir rayonunun Düyərli kəndində anadan olan 1990-cı il təvəllüdlü Eynur Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Eynur Allahverdiyev 2014-cü ilin noyabr ayında hamilə vəziyyətdə olan həyat yoldaşı Pərvanə ilə yaşadığı evdə ailə münasibətlərinin pozulması zəminində dalaşıb.

Hamilə olduğu üçün onunla cinsi münasibətdə olmaq istəməyən arvadını buduna qaz sobasında qızdırdığı şişlə "dağ basan" Eynur çirkin əməllərini növbəti günlər də davam etdirib.

Eynur Allahverdiyev Pərvanə ilə eyni evdə yaşasalar da, onların ər-arvad kimi münasibətləri olmayıb. Ayrı-ayrı otaqlarda gecələyən ər-arvadın arasında növbəti mübahisə 2015-ci ilin fevralın 1-də baş verib.

Eynur Allahverdiyev həmin gün axşam yenə yaşadıqları mənzildə kəndirlə Pərvanənin əllərini bağlayıb və döşəməyə yıxaraq qaz sobasının üzərində qızdırdığı qaynar suyu onun başına töküb. Bununla da Pərvanə sağ gicgah və sağ çiyinüstü nahiyənin termiki yanıqları alıb.

Fevralın 11-də Eynur Allahverdiyev yenə də gecə saatlarında həyat yoldaşına işgəncə verməyə başlayıb. O, Pərvanə Allahverdiyevanı döyərək bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

Eynur Allahverdiyev növbəti dəfə həyat yoldaşına fevralın 17-də işgəncə verib.

Pərvanə Allahverdiyeva sonda Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində əri tərəfindən işgəncələrə məruz qaldığını yazıb. Tibbi ekspertiza Pərvanə Allahverdiyevanın işgəncələrə məruz qaldığını təsdiqləyib.

Eynur Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadına işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Eynur Allahverdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Eynur Allahverdiyev apelyasiya şikayəti verib. O, şikayətində həyat yoldaşına işgəncə vermədiyini qeyd edib. Bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Eynur Allahverdiyevin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

Bu səbəbdən Eynur Allahverdiyev kasasiya şikayəti verib. Ali Məhkəmədə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Eynur Allahverdiyevin kasasiya şikayəti təmin edilməyib. (teleqraf)
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri