DİQQƏT! Dollar krediti olanlara ŞAD XƏBƏR !

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 924
Səs ver:
(səs: 0)
İlham Əliyevin dollar kreditləri ilə bağlı fərman imzalayacağı gözlənilir.

Yaxın günlərdə Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı xüsusi fərman verəcəyi gözlənilir. BiG.AZ azpolitika.info-ya istinadən bildirir ki, bank sektorundakı mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, fərmanda dollar kreditlərinin 10 minə qədər olan hissəsinin vahid məzənnə ilə qaytarılması əksini tapacaq.

Bunun səbəbi kimi isə əhalinin dollarla olan kreditlərinin ödənilməsində ciddi problemlərin yaranması göstərilir. Belə ki, ikinci devalvasiya onsuz da vətəndaşların əksəriyyətinin kredit borclarını ödəməsində böyük çətinlik yaratmışdı. Çoxları əsas məbləğə toxunmadan, vaxtı uzatmaqla, yalnız fazləri ödəyirdi.

Ancaq son bir neçə ayda dolların məzənnəsinin davamlı olaraq yüksəlməsi, demək olar ki, 3-cü devalvasiyanın baş verməsi və eyni zamanda bazarda valyuta qıtlığının yaranması faizləri ödəməyi də tamamilə mümkünsüz edib. Banklar vətəndaşlardan kreditlərinə görə borcları dolların gündəlik bazar qiymətinə uyğun ödəməyi tələb edirlər.

Ancaq hətta kreditini ödəmək istəyənlər belə dollar tapa bilmirlər. Banklar dolar satmır, "qara bazar"da isə çətinliklə tapılan valyutanın qiyməti rəsmi məzənnədən xeyli yüksək olduğundan dollar krediti olan əksər vətəndaşlar üçün əlçatmazdır.

Belə bir şərait vətəndaşlarla yanaşı, təbii ki, ikinci devalvasiyadan sonra ağır duruma düşən bankların da vəziyyətini mürəkkəbləşdirib. Bu baxımdan hökumətdən təcili tədbirlər görməsi zərurətə çevrilib.

Məhz 10 min dollaradək kreditlərin vahid məzənnə ilə qaytarılmasının təmin edilməsi belə tədbirlərdən biri kimi nəzərdə tutulur. Bu barədə Prezidentin fərmanının yaxın günlərdə veriləcəyi gözlənilsə də, kokret hansı məzənənin götürüləcəyi haqda məlumat yoxdu.

Qeyd edək ki, bir çox iqtisadçı ekspertlər, deputatlar da 10 min dollaradək kreditlərə güzəştlər tətbiq edilməsinin zəruri olduğunu bildiriblər. Deputat Vahid Əhmədov 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılmasını təklif edib.

Deputat Əli Məsimli də dollarla olan kreditlər məsələsinə toxunaraq, ortaq addımların atılmasının vacib olduğunu bildirimişdi. "10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq" – deyə millət vəkili vurğulamışdı.

Əksər ekspertlər dolların bahalaşmasının ağırlığının əhalinin üzərindən götürülməsi üçün güzəştləri zəruri hesab ediblər. Xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq, dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilif irəli sürüblər. Devalvasiya nəticəsində meydana gələn yeni xərclərin isə hökumət, Milli Bank, bank və vətəndaş arasında bölünməsinin zəruru olduğunu bildiriblər.

Digər bir təklif kimi də, dekabrın 21-də manatın ikinci devalvasiyasından əvvəl götürülən kreditlərin əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olan məzənnə ilə ödənməsi fikri ilə çıxış ediblər.

Prezidentin gözlənilən fərmanında bu təkliflərin də nəzərə alınması mümkündür.

Qeyd edək ki, ikinci devalvasiyadan əvvəl götürülən kreditlərin həcmi 19 milyard 744 milyon manat olub. Bunun 7 milyard 477 milyonu xarici valyutada olan kreditlərdi. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə təxminən 13, 8 milyard manatadək yüksəlib. Yəni, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara ən azı 6 milyard manat vəsait ödəməlidirlər.

Hökumət güzəştlər tətbiq etməzsə, vətəndaşlar və biznes subyektləri daxil olmaqla, kredit borcu olanların bu fərqi örtməsi mümkünsuzdür. Ona görə də hökumətin ən azı əhalinin götürdüyü kreditlər üzrə fərqi tam olaraq kompensasiya etməsi zəruridir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri