SON DƏQİQƏ! Məşhur azərbaycanlı aktyora böyrək köçürüldü: Vəziyyəti... - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 8
Baxılıb: 1 870
Səs ver:
(səs: 0)
Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub.

Axşam.az bildirir ki, bu barədə Teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb:

"Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqlanıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik".

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

SON DƏQİQƏ! Məşhur azərbaycanlı aktyora böyrək köçürüldü: Vəziyyəti... - FOTOLAR

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri