ŞOK! SON DƏQİQƏ! Azərbaycanda bu siqaretlərin satışı QADAĞAN EDİLDİ

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 7865
Səs ver:
(səs: 0)
İqtisadiyyat Nazirliyi "Azəri" korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Piramida" siqaretinin satışını qadağan edib.

Bu barədə "Azad İstehlakçılar" İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.

Filtrsiz siqaret istehsalı faktının araşdırılması "Azad İstehlakçılar" İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən "Azəri" korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

"Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir", - deyə Eyyub Hüseynov bildirib.

mənbə: contact
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri