Aparıcı Turandan ŞOK: "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil" - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 085
Səs ver:
(səs: 0)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin daxili işi olmadığına dair sərsəm açıqlama verib.

BiG.AZ xəbər verir ki, nazirin bu fikirlərinə azərbaycanlı aparıcı Turan İbrahimoğlu da haqq qazandırıb. O bildirib ki, Azərbaycanın işğaldan azad edildiyi torpaqlarda suverenliyini bərqərar etməyə gücü çatmaz:

"Hazırki dövr Rusiya-Azərbaycan əlaqələri üçün tam fərqli dövrdür. İndiki məqamda Azərbaycanda antirusiya əhval-ruhiyyəsi ancaq düşmənlərimizin işinə yarayır. Hətta bunu necə izah edim bilmirəm. Dağlıq Qarabağ məsələsi, işğal altındakı ərazilərimiz Azərbaycanın daxili işi, Azərbaycanın öz işi olmaqdan çoxdan çıxıb. Bunu qəbul etmək lazımdır. Bu geosiyasi oyunun bir parçasıdır. Bizə qalsa torpaqlarımızı 24 saat içərisində işğaldan azad edərik. Amma torpaqlarımızı azad etdikdən sonra onlar üzərində suverenliyimizi bərqərar edə bilərikmi, buna gücümüz çatarmı, böyük güclər buna imkan verərmi? Xeyr".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri