"KİM ÖZÜNÜ BOĞARAQ ÖLDÜRƏRSƏ HƏMİN VƏZİYYƏTDƏ ..." - DİNDƏ ÖZÜNÜ ÖLDÜRƏN İNSANLARLA BAĞLI ŞOK YAZILANLAR

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 3 192
Səs ver:
(səs: 0)
Xəbər verdiyimiz kimi, ötən gün tanınmış psixoloq Dəyanət Rzayev intihar edib.

BiG.AZ xəbər verir ki, psixioqun belə faciəvi şəkildə özünə qəsd etməsi ölkədə əməlli-başlı ajiotaj yaradıb. Məsələyə din nümayəndələri də münasibət bildirib. Tanınmış din xadimi Əkrəm Həsənov insanın özünə qəsd etməsinin Qurani-Kərimdə günah olduğunu belə ifadə edib:

"Mən özüm gecə dostum Dəyanət Rzayevin bu intihar etməsinin səbəbini eşidəndə çox pis oldum. Həqiqətən də bunu onun özündən gözləmirdim. Onunla tez-tez rastlaşırdıq və görüşüb salamlaşırdıq. Ancaq insan artıq seçimini özü yanlış da olsa, doğru da olsa seçir. Dinimizə görə isə intihar etmək böyük günahlar kateqoriyasına aid edilir. Çünki, Qurani Kərimdə Allah təala insanın öz canına qıymasını, özünə zülm etməsini qadağan edib. Allah təala Qurani Kərimdə buyurur ki, özünüzə zülm etməyin, başqa bir ayədə isə buyurur ki, özünüzü öldürməyin. Qurani Kərimin Nisa surəsinin 29-cu ayəsində Allah təala belə buyurur: “...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”.

Bundan başqa özünü öldürməyin qadağan, haram olması ilə bağlı hədislər də vardır. Nə şəkildə olursa olsun insanın özünü öldürməsinə intihar deyilir. İntihar Allahın yaratmış olduğu cana haqsız yerə qıymaqdır. Buna görə də böyük günahlardandır. İnsana canı verən Allah olduğu kimi, onu almağa səlahiyyətli olan da Odur. İntihar təkcə islam dinində, müsəlman ümmətinə yox, Məhəmməd peyğəmbərdən əvvəlki Peyğəmbərlərin də ümmətinə qadağan edilmişdir. Buna aid olan hədis belədir: "Sizdən əvvəlki ümmətlərdən yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyərək, bir bıçaq götürdü və əlini kəsdi. Ancaq qan bir cür kəsilmədiyi üçün adam öldü. Bunun üzərinə Allah təala: - qulum öz canı haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram etdim, buyurdu” (Buxari, Ənbiya, 50). Allah Rəsulu intihar edən şəxsin Qiyamət gününə qədər özünü öldürdüyü formada cəza çəkəcəyini deməsi də bu əməlin axirətədə insan üçün təhlükəli olacağını xəbər verir.

Bir hədisində Allahın peyğəmbəri buyurub ki, kim özünü yandıraraq intihar edərsə Qiyamət gününə qədər qəbir əzabı çəkərək o vəziyyətdə yanar, həmçinin kim özünü boğaraq öldürərsə həmin vəziyyətdə əzab çəkə-çəkə qalar, hətta kim özünü silahnan və ya kəsici alətnən hansı formada öldürərsə həmin formaları bir-bir sadalamış və eyni əzabla ona qəbir əzabı olacağını bizə xəbər vermişdir. Bunun səbəbi budur ki, öldürmək insan aid deyildir. İnsana öz canına və başqasnın canına qıyması çox böyük bir günahdır. Ancaq intiharın olması halları nə qədər zəruri durumlar olsa belə çəkinilməlidir.

Buna baxmayaraq hədislərə əsasən və islam alimlərinin rəylərinə görə də intihar edən dindən çıxmış sayılmır. Sadəcə böyük günah etmiş olur ki, Allah istəsə onu cəzalandırar və ya ona əzab verər. Bu məsələdə konkret fərdi olaraq kimsə haqqında hökm demək doğru deyildir. İntihar edən şəxsin Cənnətə və ya Cəhənnəmə gedəcəyini konkret demək dinimiz baxımından doğru yanaşma deyildir. Çünki, inrihar edən şəxsə də müəslman müamiləsi edilir. Ona da cənazə namazı qılınır və müsəlmanların qəbirstanlığında dəfn edilir. Onun üçün bağışlanma istənilir və ona dua edilir ki, Allah onu bağışlasın".

"Özünü öldürənə rəhmət düşürmü " sualına din xadimi belə cavab verib:

"Bunu belə konkret rəhmət düşmür demək doğru deyildir. Çünki, hər bir insan böyük günah, xəta edə bilər. Allah təala günah edəni istəsə bağışlayar və ya ona əzab edər. Bu Allahnan qul arasında olan məsələdir. Allah yalnız ona şərik qoşanları bağışlamayacağını bildirib. Bundan başqa istədiyinin gümahlarını bağışlayacağını bizə xəbər verib. Heç kim Allah adından elmsiz danışmamalıdır. Açıb Quranı oxusunlar və Allahın nə demək istədiyini doğru anlasınlar".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri