İntihar edən tanınmış psixoloqla bağlı ŞOK FAKT: "Ölümü ilə bağlı..."

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 2 249
Səs ver:
(səs: 0)
Psixoloq Dəyanət Rzayevin intihar etməsi 2 gündür ki, mətbuatın, sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevirilib. Hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Xatırladaq ki, psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. Bildirilir ki, D.Rzayev özünü kəmərlə boğub.

D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.

Onun intiharı artıq dünya psixoloq və psixiatrları tərəfindən də təəccüblə qarşılanır. Məhz buna görədir ki, sabah D.Rzayevin intiharı Sankt-Peterburda da müzakirə olunacaq.
Bu barədə Modern.az saytına tanınmış psixoterapevt Elmir Əkbər məlumat verib.
O deyib ki, müzakirələr Sankt-Peterburqdakı Viktor Frankl mərkəzində olacaq.

Belə ki, avstriyalı professor Harald Mori və Frankl mərkəzinin kuratoru, loqoterapevt Yekatirina Vulfsonun iştirakı ilə D. Rzayevin məsələsi müzakirə ediləcək.
Müzakirələrdə professor heyəti də iştirak edəcək.
Bundan başqa Bexterev adına Psixonevrologiya İnstitutunda D. Rzayevin ölümü ilə bağlı fikir mübadiləsi aparılacaq.

İnstitutun professor heyətinin iştirakı ilə baş tutması gözlənilən müzakirələrdə mərhumun psixoloji durumu, hadisənin motivləri haqqında məsələ qaldırılacaq.
Qeyd edək ki, təşəbbüs E. Əkbər tərəfindən irəli sürülüb.

mənbə: modern.az
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri