İranlı cərrah azərbaycanlı xəstəyə düzgün diaqnoz qoymadı, qarnından elə bir şey çıxdı ki ... - ŞOK FOTO

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 2 729
Səs ver:
(səs: 0)
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat icra olunub.
Report xəbər verir ki, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşdiyi üçün xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

Belə ki, xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblər.

Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Xəstə professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib.

İranlı cərrah azərbaycanlı xəstəyə düzgün diaqnoz qoymadı, qarnından elə bir şey çıxdı ki ... - ŞOK FOTO
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 729
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri