ŞOK! SON DƏQİQƏ! Təhsil Nazirliyi tələbələri təhsil haqqından azad etdi - RƏSMİ

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 2 940
Səs ver:
(səs: 0)
Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib.

BiG.AZ-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.

"Bilirsiz ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul oluram (O məktəbin müəllimi olmasam da). Təmannasız olaraq ali məktəblərə hazırlığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar. Xatırlayırsızsa onların təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Ganire Pashayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15ə qədər hal hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup) tələbələri təhsil haqqından azad edib".
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri