Filmə baxıb uşaqlarını öldürdülər - İzi itirmək üçün elə bir şey etdilər ki...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 076
Səs ver:
(səs: 0)
ABŞ-da bir cütlük Oskar mükafatlı "Mançester by the Sea" (Həyatın sahilində) filmini izlədikdən sonra övladlığa götürdükləri əlil uşaqlarını öldürüblər.
Publika.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində yaşayan cütlüyün evlərində yanğın baş verib.
Ernest və Heather Franklin 16 yaşlı uşaqları Cefri Frankın yanğında öldüyünü desələr də, araşdırmalar bunun yalan olduğunu üzə çıxarıb.
Mart ayının 1-də baş verən hadisə şəhər prokurorluğu tərəfindən araşdırılıb. Meyidin ekspertiza nəticələrindən məlum olub ki, valideynləri uşağı yanğından əvvəl öldürüblər.
Prokurora görə, cütlük izlədikləri filmdən ruhlanaraq uşağı öldürməyi planlaşdırıb və cinayəti yanğınla ört-basdır etməyə çalışıb.
Ekspertlər uşağın ölüm vaxtının "Mançester by the Sea" (Həyatın Sahilində) filmindən 2 saat sonra baş verdiyi qənaətinə gəliblər. Onların fikrincə, yanğın başladığı dəqiqələrdə uşaq çoxdan ölmüşdü.
Rəsmi şəxslər evin içərisində qoyulan cəsədin yanğında böyük zərər gördüyünü, bu səbəblə həqiqi ölüm səbəbinin müəyyən oluna bilmədiyini deyib.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri