3 tələbə evə çağırdıqları qızları döyüb sosial şəbəkədə VİDEOlarını paylaşdılar - SƏBƏB İSƏ ... FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 493
Səs ver:
(səs: 0)
Türkiyənin Trabzon şəhərində sosial şəbəkədə tanış olduqları qızları evlərinə çağırıb işgəncə verən 3 tələbə gənclə bağlı məhkəmə prosesi keçirilib.

Prokuror Trabzonda təxminən 2 ay əvvəl sosial şəbəkə hesabından mübahisə etdikdən sonra qaldıqları evə çağırdıqları 25 yaşlı Kübra T., Esra K.və 27 yaşlı Gülbahar B. -ni bibər qazıyla təsirsiz hala gətirib döyən, hadisəni mobil telefonları vasitəsi ilə çəkib sosial şəbəkə hesabından paylaşan 25 yaşlı Hasib H., 19 yaşlı Nurcan Ç. və Mihriban Y. haqqında 46 ilə qədər həbs cəzası, hücuma uğrayan Esra K. və Kübra T. haqqında isə "təhqir və təhdid" cinayət əməllərinə görə 9 aydan 4 ilə qədər cəza istəyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə fevral ayında baş verib. Karadinez Texniki Universitetinin fərqli fakültələrində təhsil alan Hasib H., Nurcan Ç. və Mihriban Y., Trabzon hava limanının işçisi Kübra T. və bir sığorta firmasında çalışan Esra K. və rəfiqələri Gülbahar B. ilə sosial şəbəkədə mübahisə ediblər.

Qeyd edək ki, qısa müddətdə minlərlə istifadəçi tərəfindən sosial şəbəkədə paylaşılıb və böyük reaksiyalara səbəb olub. Görüntülərlə bağlı polis qrupları istintaqa başlayıb və sosial şəbəkə hesablarından şəxsiyyətləri və ünvanları təyin edilən tələbələr nəzarətə alınıblar. İfadələri alındıqdan sonra ədliyyəyə sövq edilən şübhəlilərin öncəki məhkəmə prosesində barələrində sərbəst qalma qərarı çıxarılmışdı.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri