ATV-də Turanın verilişinin bağlanması ilə bağlı gizli qalan məqamlar - Skandalın arxasındakı ŞOK HƏQİQƏT!

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 912
Səs ver:
(səs: 1)
"Azad Azərbaycan” telekanalında yayımlanan "ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Bununla bağlı mediaya açıqlama verən ATV-nin "Ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr” departamentinin rəhbəri və ATV "Səhər” verilişinin aparıcısı Turan İbrahimli bildirib ki, mövsümün bitməsinə bir ay qaldığına görə, rəhbərlik verilişin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. "Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi”, sualına isə aparıcı bu cür cavab verib: "Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV SƏHƏR” yayımını dayandırır. "ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək."

Turan İbrahimov sonda onu da əlavə edib ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a daxil olan məlumata görə, "ATV SƏHƏR” verilişinin dayandırılması heç də Turan İbrahimlinin iddia etdiyi kimi, mövsümün başa çatması ilə bağlı olmayıb. Mənbənin sözlərinə görə, "ATV SƏHƏR”-də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmuşdu. Müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarına Nəzarət Palatası, şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Sovetski ərazisində həyata keçirilən söküntü işlərinə dair Turan İbrahimlinin şərhləri ilə bağlı Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident Administrasiyasına şikayət etmişdilər.
"Turan İbrahimli bütün sədləri aşaraq azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sisteminin hansısa çatışmazlıqları barədə tez-tez danışır və cəmiyyətdə mənfi rəy formalaşdırırdı”. Mənbə onu da deyib ki, bir neçə gün bundan öncə Turan İbrahimlinin "ATV SƏHƏR”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmamışdı.

"Məhz bu səbəblər "ATV SƏHƏR”in bundan sonrakı fəaliyyətini mümkünsüz edib. Üstəlik, Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, - deyə mənbə bildirib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri