"İndi də "halal otel" reklam edirlər... " - FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 682
Səs ver:
(səs: 1)
Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: "Bu gün dünyada nələr baş verdiyini hamımız görürük".

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: "Ancaq orada nə niyyətlə, necə qalırlar, heç kim bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir".

S.Novruzov, həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: "İndi də "halal hotel" reklam edirlər. Reklam edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?"

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: "Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq".
///Trend
"İndi də "halal otel" reklam edirlər... "  - FOTO
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri