Azərbaycanlı milyarder: "Arvadım oğlumun dostu ilə yatırdı" - GÖRÜN HANSI MƏŞHUR MİLYADERİMİZ! VİDEO - FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 4 026
Səs ver:
(səs: 0)
"Bu qərar, əslində, varidatıma və biznes aktivlərimə qəsbdir. Britaniyadakı məhkəmənin qərarını heç bir halda ədalətli adlandıra bilmərəm".

Azərbaycanlı milyarder, hazırda Britaniyada yaşayan Fərhad Əhmədov belə deyib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, Rusiyanın "Nortqaz" net-qaz şirkətinin sabiq sahibi, 61 yaşlı Fərhad Əhmədovla arvadı Tatayana Əhmədovanın boşanmaları Britaniya tarixinin ən bahalı boşanmalarından birinə çevrilib.



Proses Londondakı Kral Məhkəməsində olub. Hakim Castik Heddon-Kevin qərarına görə, Fərhad Əhmədov artıq sabiq arvadına boşanma təzminatı qismində 453,58 milyon funt-sterlinq, yəni 584,5 milyon dollar ödəməlidir.

Üstəlik, F.Əhmədov Londondakı 40 milyon funtluq evini sabiq arvadına verməli, Tatyana Əhmədovanın Fransız Riveryasında malikanə alması üçün 28 milyon funt ayırmalıdır. Bundan başqa, F.Əhmədov ömrünün sonunadək sabiq arvadına ildə 5 milyon funt-sterlinq aliment verməlidir.

Fərhad Əhmədov və Tatyana 1989-cu ildə Moskvada evləniblər. 1993-cü ildə onlar Britaniyaya yollanıblar və Londonda yaşamağa başlayıblar. Bu izdivacda azərbaycanlı milyarderin iki övladı anadan olub.

2013-cü ildə isə F.Əhmədovla arvadı arasında bütün münasibətlər kəsilib və onlar boşanmasalar da, ayrılıqda yaşamağa başlayıblar.



Heddon-Keyv isə əksini deyib: "Bizdə olan danılmaz faktlar göstərir ki, onlar, əslində, bir yerdə yatır, istirahət edirdilər. Fərhad Əhmədov arvadına iki bank kartı da vermiş, həmin kartlarda limitsiz istifadəyə Tatyana Əhmədova üçün şərait yaratmışdı. Bundan başqa Tatyana Əhmədova ərinin yaxtasından, təyyarəsindən və helikopterindən də rahatlıqla istifadə edirdi.

Fərhad Əhmədov arvadı ilə birlikdə yaşamadağını, münasibətləri kəsdiyini vurğulayır. Lakin 2013-cü ildə o, arvadına 400 min avroluq zinyət əşyaları almışdı. "Luna" yaxtası, helikopter və təyyarə 2014-cü ildə Fərhad Əhmədovun adına alınsa da, sonradan Əhmədovun müxtəlif offşor şirkətlərinin balansına keçirilib. 260 milyon avroya alınmış yaxtada 2016-cı ildə 42 milyon avroluq modernizasiya işləri aparılıb".

İldə cəmi 90 gün

The Guardian bildirir ki, T.Əhmədov 2013-cü ildə başqa qadından övladının doğulduğunu deyib: "F.Əhmədov Britaniya vətəndaşı deyil, ölkədə, sadəcə, qeyri-rezident qismində yaşamaq izninə malikdir. Bu isə o deməkdir ki, o, Britaniyada ildə, sadəcə, 90 gün keçirə bilər. T.Əhmədov və arvadı Tatyana ilin əsas hissəsini Fransadakı evlərində, dağ-xizəkçilik kurortlarında və Maldiv adalarında keçirirdilər.

Tatyana Əhmədova məhkəmədə bildirir ki, əri, iki oğlunun atası olan Fərhad Əhmədov 2005-ci ildə 50 illik yubileydə ona çox bahalı hədiyyə alıb. 2013-cü ildə isə Fərhad Əhmədov arvadı ilə Maldiv adalarında istirahət edib.

"O, 2013-cü ildən bəri mənimlə yaşamadığını deyir. Yalandır, möhtərəm hakim. Buyurun, bu da Fransadakı malikanəmizin tikintisi zamanı memarlar və podratçılarla yazışmamız. Fərhad Əhmədov Azərbaycanda "nağıllardakı kimi malikanə" də tikdirmək istəyirdi", - Tatyana Əhmədova deyib.

The Daily Mail bildirir ki, Fərhad Əhmədovun 112 milyon dollarlıq incəsənət əsərləri kolleksiyasının satın alınmasında Tatyana Əhmədova bilavasitə iştirak edib.



Üstəlik, F.Əhmədov art-hərraclara, "Amex", "Sotheby's" və "Knight Frank" hərraclarındakı vəkillərinə, agentlərinə yolladığı məktublarda Tatyana Əhmədovanı "arvadım" adlandırıb.

Hakim Heddon-Keyvin sözlərinə görə, ərlə arvadın 1,3 milyard funt-sterlinq həcmində aktivləri var: "Bu aktivləri Fərhad Əhmədov arvadı Tatyana ilə evli olarkən əldə edib və qanunlara görə, boşanma zamanı aktivlər tərəflər arasında yarıbayarı bölünməlidir".

The İndependent bildirir ki, Tatyana Əhmədova ilkin olaraq iddiasında 350 milyon funt-sterlinq təzminat tələb edirdi. Fərhad Əhmədov bu məbləğlə razılaşmadığından qadın təzminatı 93 milyon funt da artırıb, üstəlik Londondakı 2,5 milyon funtluq evi, 350 min funtluq Aston Martin avtomobilini, habelə 112 milyon dollarlıq sənət əsərləri kolleksiyasını da tələb edib.

Beləliklə, Tatyana Əhmədovanın təzminat iddiasının toplam məbləği 453576152 funt-sterlinq təşkil edib.

Hakim Heddon-Keyvin dediyinə görə, bu məbləğ ailənin ümumi aktivlərinin təqribən 41,5 faizini təşkil edir: "Hesab edirəm ki, bütün hallarda və şərtlərdə rəqəm məntiqidir".

Britaniyanın tanınmış hüquqşünaslarından biri, "Forsters" hüquq şirkətinin tanınmış vəkili Rozi Şumm The Times-a deyib: "Fərhad və Tatyana Əhmədovaların boşanması Britaniyada məhkəmələrin maliyyə baxımından daha zəif olan qadına səxavətli davranmasının daha bir göstəricisidir. Bu prinsip ərlə arvadın ailəyə töhfələrinin bərabər olması anlamına əsaslanır. Bəlkə də elə buna görə London dünyada "boşanmalar paytaxtı" kimi tanınır".

Londondakı "Seddons" solisitor (hüquq) şirkətinin ailə hüququ departamentinin rəhbəri Debora Ceff BBC-yə deyib: "Məhkəmənin qərarı ədalətlidir, çünki Fərhad Əhmədov aktivlərini, varidatını arvadı Tatyana ilə nikahda olduğu 20 il ərzində qazanıb".

Fərhad Əhmədov 1987-ci ildə yaratdığı "Tansley Trading" vasitəsilə qaz hasilatı avadanlığı satırdı. 2004-2009-cu illərdə o, Krasnodar diyarından, sonra da Nenets muxtar dairəsindən Rusiyanın Federasiya Şurasına seçilmişdi.

2012-ci ilin sonlarında o, "Nortqaz" şirkətindəki payını 1,38 milyard dollara NOVATEK-ə satıb.

F.Əhmədov "Luna" yaxtasını 2014-cü ildə milyarder Roman Abramoviçdən 260 milyon dollara satın alıb.

Milli.Az haqqın.az-a istinadən bildirir ki, F.Əhmədov bu ilin yanvarın 27-də London Kral Məhkəməsinə yolladığı ərizəsində arvadı Tatyana Əhmədovanı əxlaqsızlıqda suçlayıb.



Onun sözlərinə görə, hələ 17 il əvvəl Rusiyada boşanıblar və o zaman Rusiya vətəndaşları olublar.

Britaniyada isə F.Əhmədov arvadının ona sürəkli xəyanət etdiyini bilsə də, Tatyana Əhmədovanın "qlamur" həyatını maliyyələşdirib, Ueybric səmtindəki elitar Sent-Corc Hill rayonundakı 20 milyon funtluq evini ona verib, üstəlik hər il Tatyananın xidmətçilərinə, bağbanlarına, sürücülərinə milyonlarla funt-sterlinq xərcləyib.

Fərhad Əhmədovla Tatyana 1993-cü ildə evləniblər elə həmin il Londonda ev alıblar. Ailədə ilk oğul 1993-cü ildə, ikinci oğul isə 1996-cı ildə doğulub.

"17 il əvvəl, 2000-ci ildə Tatyana Əhmədova etiraf etdi ki, bir neçə kişi ilə yataqda olub. Bundan sonra F.Əhmədov Moskvada VVAQ-a boşanma ərizəsi ilə müraciət edib. Tatyana Əhmədova prosesə qatılmasa da, boşanma rəsmiləşib. Tatyana Əhmədova sonradan F.Əhmədova məktub yazaraq bir neçə kişi ilə ona xəyanət etdiyinə, F.Əhmədovdan aldığı pullar hesabına həmin kişilərə hədiyyələr etdiyinə görə yalvararaq bağışlanmasını istəyib. Həmin kişilər arasında F.Əhmədovun böyük oğlunun məktəb dostu da vardı.



Daha sonra 2003-cü ildə Tatyana Əhmədova məşhur müğənni Devid Bouinin malikanəsini 500 min funta icarəyə götürərək ərindən aldığı pullar hesabına gənc məşuqları ilə eyş-işrətdə olub", - məktubda deyilir.

F.Əhmədov hesab edir ki, Britaniyanın hakimiyyət dairələri ölkədəki kapitalını ələ keçirmək üçün onun sabiq arvadından alət kimi istifadə ediblər.
Azərbaycanlı milyarder: "Arvadım oğlumun dostu ilə yatırdı" - GÖRÜN HANSI MƏŞHUR MİLYADERİMİZ!  VİDEO - FOTO



(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri