Azərbaycanlı məşhur vəfat etdi - Millətimizə daha bir ağır itki - FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 4 669
Səs ver:
(səs: 0)
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.

Report məlumatına görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.

1968-1971-ci illərdə "Paleontologiya və tarixi geologiya" kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.

1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) "Paleontologiya" və "Tarixi geologiya" fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.

1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.

2012-ci ildən Ümumi və tarixi geologiya kafedrasının müdiri olub.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.
Azərbaycanlı məşhur vəfat etdi - Millətimizə daha bir ağır itki - FOTO
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri