YATAQ OTAĞINA KAMERA YERLƏŞDIRDI: OĞRUNUN KIM OLDUĞUNU GÖRƏNDƏ ŞOK OLDU - VİDEO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 063
Səs ver:
(səs: 0)
Türkiyənin Adana şəhərində ilginc oğurluq hadisəsi qeydə alınıb.

Seyhan mahalında baş verən hadisədə Fatih K.-nin yataq otağından 1.5 il ərzində 15 min manat dəyərində qızıl və pul oğurlanıb. Oğruyla bacara bilməyən Fatih K. yataq otağına gizli kamera yerləşdirib. Fatih K. evə gəlib axşam görüntüləri izlədikdə bir qadının yataq otağına girərək paltar şkafından içində pul olan pulqabını götürdüyünü görüb. Görüntüyə diqqətlə baxdıqda qadının alt mərtəbədəki qonşusu Dilek A. olduğunu müəyyən edib.

Fatih K. polisə müraciət etməmişdən əvvəl Dilek A. -nın həyat yoldaşını çağırıb zərərin ödənməsini istəyib. Fatih K. aradan vaxt keçməyinə baxmayaraq zərərinin ödənmədiyinə görə görüntülərlə polisə müraciət edib.

Polis Dilek A.-nı nəzarətə götürüb. Fatih K.-nin polisə ifadəsində Dilek A.-nın evə qəhvə içmək bəhanəsi ilə gəlib mətbəxdə həyat yoldaşının telefonunu oğurladığını deyib. Zərərçəkmiş şəxs oğrunun daha sonra telefonla danışmaq bəhanəsiylə yataq otağına gedib oğurluq etdiyini söyləyib.

Bundan əlavə Fatih K. Dilek A. və qardaşının evlərinə gələrək onları təhdid və təhqir etdiyini də qeyd edib. Dilek A. həm təhdid və təhqir, həm də oğurluqda təqsirləndirildiyi üçün barəsində istintaq başlanılıb. /milli.az
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri