Tolik Pərvinlə +18 VİDEOSUNDAN DANIŞDI: "Kim məni söysə, onun anasını da, bacısını da..."

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 1 890
Səs ver:
(səs: 0)
Tanınmış prodüser Tarix Əliyev (Tolik) yaman əsəbiləşib.

O, şəxsi hesabından izləyicilərini nalayiq ifadələrlə təhqir etməsindən və Pərvin Abıyeva ilə telefon bağlantısının viodeogörüntüsünün yayılmasından danışıb.

Bu barədə BiG.AZ-a danışan prodüser bu gündən etibarən ona nalayiq sözlər yazan bütün izləyicilərini biabırçı şəkildə təhqir edəcəyi ilə bağlı xəbərdarlıq edib:

"Mən "İnstagram” hesabımı açıram, deyirəm ki, məni söyməyin, başlayırlar söyməyə. Mən yenə deyirəm, kimsə məni söysə, mən də onu söyəcəyəm. Mənim anamı söysə, onun anasını canlı yayımda söyəcəyəm, atamı söyəcəksə, atasını söyəcəyəm. Məni də ata əkib, ana doğub sizi də. Niyə söyürsünüz, mən inkubatordan çıxmamışam ki? Məni söyən oğlanın cürəti varsa gəlsin çıxsın qabağıma, qulağımı bursun, yoxsa virtual aləmdə məni söyməklə nə qazanacaq?

Bu ölkə dərəbəylik deyil ki, sən gəlib mənim qulağımı kəsəsən? Mən bu xalqın çörəyini yeyirəm, amma mənim bu xalqa o qədər də borcum yoxdur. Kim söyəcəksə onun özünü də, var-yoxunu da söyüb o tərəfə də keçərəm. Niyə bu insanlar pozğunçuluğa meyillidir, niyə Azərbaycan oxucusu belə şeylərə meyillidir? Gərək mən tualetimi çəkim göstərim ki, insanlar baxsın? Məsələn Günay İbrahimli mahnılar yazır, klip çəkir xəbərin oxunma sayına baxıram 3 min, amma bikinidə şəkil çəkdirir, yüz min adam baxır”.

Həmçinin Tarix Əliyev Pərvin Abıyeva ilə telefon zənginin videogörüntülərinin yayılmasından da əsəbləşib:

"Mən bir şeyi başa düşə bilmirəm ki, baxmayaraq tanınırıq, amma niyə məhz bizim sosial şəbəkədə olan həyatımız ictimailəşdirilir? Elə bil bizi orda oturub güdürlər, gah səsimizi yazırlar, gah da videoya çəkirlər. Əslində bunun özü bir cinayətdir. Biz "YouTube” –da olan, bütün nalayiq ifadələrin işləndiyi videoların hamısını şikayət edib sildirtmişik. Ola bilər hansısa "Facebook” səhifələrində qalsın, amma bir çox yerdən sildirtmişik. Mən "İnstagram” hesabımda canlı yayım açıram, fanatlarımla, bizi sevənlərlə canlı söhbət edirəm, bunu yazıb yaymaq nə məqsəd daşıyır? Əgər kimlərsə mənim söyüş söydüyüm görüntüləri yayımlayırlarsa, mənim etdiyim yaxşı işləri də yayımlasınlar. Efirlərdə olan, olmayan bəzi müğənnilər heç əlini cibinə atıb bir yetimin başına sığal çəkmir, mən bu qədər yaxşılıq edirəm, onu yazmırlar. Gərək ki, mən kiminsə anasını söyüm, kiminsə bacısını söyüm onu çəkib qoysunlar, camaata o maraqlıdır. Ya da gərək mən gedim tumanımı çıxardım, tumançaq olum ki, tamaşaçıya, oxucuya maraqlı olum? Pərvin Abıyeva kimisə təhqir edirsə, bu, bir milyon baxılır, amma hansısa müğənni gedib xaricdə konsert verirsə, ona 2 min adam baxır. Demək ki, bu oxucuya başqa şey lazımdır”.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri