SON DƏQİQƏ! Əli Həsənovun qəza törədən nəvəsi HƏBS EDİLDİ

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 3 037
Səs ver:
(səs: 1)
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Galendewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
“Report” məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə müraciət edib. Lakin Mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Galendewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib. (Report)
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri