Sobada toyuqlu bibər dolması

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 137
Səs ver:
(səs: 0)
Dolmalıq şirin qırmızı bibər sobada bişdiyində möhtəşəm bir köz qoxusu verir. Toyuqlu içliklə hazırlandıqda olduqca ləzzətli və yağsız bir yeməkdir. Qadinla.com sobada toyuqlu bibər dolmasının reseptini təqdim edir.

Tərkibi:
500 qr toyuq filesi
4 ədəd şirin qırmızı bibər
1 ədəd soğan
1 diş sarımsaq
1 ədəd iri pomidor
2 xörək qaşığı zeytun yağı
duz, istiot
istəyə görə rəndələnmiş holland pendiri

Hazırlanma qaydası:
İlk öncə soğanı xırda doğrayın. Pomidorların qabıqlarını soyun və kub formasında doğrayın. Sarımsağı da xırda doğrayın. Bibərləri yuyun, bıçaq köməyiylə eninə şəkildəki kimi geniş dəlik açın və içərisindəki tumları təmizləyin. Toyuq filesini də kiçik kub formasında doğrayın. Orta ölçülü bir qazana zeytun yağını töküb soğanın üzərinə duz səpib yüngülcə çəhrayılaşana qədər qovurun. Çəhrayılaşan soğanlara toyuq filesini əlavə edin və suyunu salana qədər bişirin. Daha sonra pomidorları və xırda doğranmış sarımsağı əlavə edib bişirin. Suyu azaldıqda ocağı söndürün. İstiot da əlavə edib ocaqdan götürün. Bibərləri soba sinisinə yerləşdirin və hazırladığınız toyuqlu içliyi bibərlərin içərisinə bölüşdürün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin, 30 dəqiqənin sonunda toyuqların üstünə rəndələnmiş holland pendiri əlavə edib 10 dəqiqəlik sobaya yerləşdirin. Dadlı bibər dolması hazırdır.

Qeyd: Bibərlərin kəsdiyiniz hissələrini də xırda doğrayıb içliyə əlavə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri