Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 599
Səs ver:
(səs: 1)
Yay fəsli evdar xanımlar üçün həm də mürəbbə, turşu fəslidir. Hər yeni mövsüm meyvəsi çıxdıqca xanımlar onun mürəbbəsini, kompotunu bağlayır. İndi də ərik mürəbbəsi bişirməyin vaxtıdır. Bəs yaxşı ərik mürəbbəsi necə bişirilir? Əlbəttə, hər xanım öz bildiyi reseptə əsasən bişirir. Amma Qadinla.com-un təqdim etdiyi bu resepti də bir sınaqdan keçirin.

Ərzaqlar:

2 kq ərik
Ərik toxumlarının ləpələri
750 qr şəkər tozu
1 limonun suyu

Hazırlanma qaydası:

Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.

İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri