Özbək Plovu

Şərhlər: 15
Baxılıb: 2 894
Səs ver:
(səs: 1)
Tərkibi:
3 st düyü
500 qr qoyun və ya mal əti
500 qr kök
3 baş soğan
1 ədəd sarımsaq
bitki yağı
duz
1 x.q. cirə
1 x.q. zirinc

Hazırlanması:
Əti çox kiçik olmayan kub şəklində, kökü nazik, uzun, soğanları yarım halqa şəklində doğrayın.Qazanda yağı qızdırıb soğanları qızılı rəng alana qədər qovurun. Əti əlavə edib bir az qızardın. Kökü də əlavə edib qarışdırın, cirə və zirinci əlavə edib odu azaldın və kök yumşalana qədər bişirin. Üzərinə çıxana qədər su əlavə edib çox aşağı odda 1 saat bişirin. Düyünü yuyub süzün. Ətli qarışımın üzərindən töküb üzərinə çıxana qədər qaynar su tökün. Bir baş bütöv sarımsağı da düyünün üzərinə qoyub, orta odda 30 dəqiqə, su çəkilənə qədər bişirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri