Worcestershire sousunun evdə hazırlanma qaydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 720
Səs ver:
(səs: 0)
Bütün dünyada İngilis sosu kimi tanınan Worcestershire sousunu siz də evdə asanlıqla edə bilərsiniz.

Bu sousu, Vuster əsilli Mark Sandys ilk dəfə Hindistan səfərində dadmış. Mark ölkəsinə qayıdanda, İngilis ədviyyatçılar Lea və Perrinsden Hindistanda tanıyıb bəyəndiyi bu ədviyyatlı sousa bənzər bir sous hazırlamalarını istəyib.

Günümüzdə hələ də iki nəfərin imzasını daşıyan Worcestershire sousunun əsas materialı; Sirkə, sarımsaq, qərənfil, ançous və bulyondan yaranır. Worcestershire sousu, ət xörəklərini, şorbaları, dolmaları, ekzotik xörəklərini ləzzətləndirmək üçün istifadə edilir. Bundan başqa, pomidor suyuna da qatılır.

Qadınla.com sizə dünyaca məşhur Worcestershire sousunun tərifini təqdim edir.

LAZIM OLANLAR:
Bir ədəd doğranmış soğan
Bir çay qaşığı qərənfil (mixək)
İki ədəd əzilmiş sarımsaq
Dörd yemək qaşığı sirkə
Bir parça şəklində zəncəfil
Bir yemək qaşığı doşab
Üç qaşıq xardal yarpağı
Bir yemək qaşığı soya sosu
Bir çay qaşığı dənə istiot
Bir çay qaşığı demirhindi
Yarım qaşıq toz qırmızı istiot
Yarım qaşıq köri
Bir ədəd çubuq darçın
İki yemək qaşığı ançous əzməsi
Yarım çay qaşığı kardamon toxumu (hil)
Üç çay qaşığı duz

HAZIRLANMASI:

Soğanı, sarımsağı, xardalı, qırmızı istiotu, qara istiotu, zəncəfili, darçını, qərənfili və hili geniş bir tənzifin içinə qoyub, ağzını möhkəm bağlayın.

Geniş bir qaba sirkə, soya sosu, doşab və demirhindi qoyub, ədviyyat tənzifinizi də içinə atın və zəif odda qırx beş dəqiqə bişirin. Sonra duz, köri, ançouz və suyu əlavə edin. Ocağın altını bağlayın. Qaynatdırğınız materialı şüşə bir bankaya qoyun.

Ağzını möhkəm bağlayıb, iki həftə soyuducusunda gözlədin. Ara sıra banka şaıxalayın. İki həftə sonra bankanın içindəki ədviyyat tənzifini çıxarın və sousu şüşəyə köçürün. İstifadə etməzdən əvvəl yaxşıca çalxalayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri