Livanın milli şirniyyatı Znoud Əl Sit-in hazırlanma qaydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 957
Səs ver:
(səs: 1)
Ayrı-ayrı ölkələrin maraqlı ləzzətlərini dadmaq istəyirsinizmi? İşdə sizlərə Livanın yerli ləzzətlərindən olan Znoud Əl Sit-in resepti.

TƏRKİBİ 4 NƏFƏRLİK:

500 ml. süd
100 q şəkər
2 yumurta sarısı
25 q qarğıdalı unu
50 qr duzsuz kərə yağı
5 ml. gül suyu
5 ədəd nazik yuxa
100 ml. şəkər siropu
25q püstə
Üzəri üçün yumurta sarısı

HAZIRLANMASI:

Dərin bir qazanda südü qızdıraq bir azını bir kasaya alaq. Qaynayan südə şəkər və yumurta sarısı əlavə edib çalaq.

Bir qabda qarğıdalı unu ilə kərə yağını az süd əlavə edib yaxşıca çalaq. Bu qarışığı qazana tökək.

Gülsuyunu əlavə edib yaxşıca çalaq.

Soba nimçəsini kərə yağla təmizləyək. Yuxa kəsib içinə südlü qarışığı və yumurta sarısını sürtüb, şəkildəki kimi bükək.

Rulonların üzərini yağlayaq. Sobada 15 dəq qızarana qədər bişirək.

Boşqaba yerləşdirib şəkər siropunu üzərində gəzdirək. Antep fıstığı əlavə edək.

İsti olaraq xidmət edək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri