Tərkibi: 3 ədəd böyük boy kartof 4 yemək qaşığı zeytun yağı 1 ədəd orta boy soğan 3 ədəd yumurta Yarım çay qaşığı duz Yarım çay qaşığı istiot
Hazırlanması: Kartofları soyub, incə nazik halqa şəklində dilimləyin. Daha sonra soğanı doğrayın.
Otaq temperaturunda olan yumurtaları dərin qabın içərisində ədviyyatlarla birlikdə çırpın.
Geniş bir tavaya zeytun yağını alın. Soğanları əlavə edin və 2- 3 dəqiqə qədər qovurun. Sonra kartofları əlavə etdikdən sonra vam odda hazır olana qədər bişirin.
Buğlanan kartofların üzərinə yumurta qarışığı da əlavə etdikdən sonra yüngül yüngül qarışdıraraq qarışdırın.
Alt qismi bişəndən sonra spatula ilə əksini çevirib eyni şəkildə qızardın.
Sulanmaması üçün qapağı açıq şəkildə yumurtalar tamamilə bərkiyənə qədər bişirin.