Konya bölgəsinə məxsus Mövlana Börəyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 457
Səs ver:
(səs: 2)
Tərkibi:
4 su stəkanı un
1 şirin qaşığı duz
1 su stəkanı qatıq
1 ədəd yumurta
Yarım su stəkanı maye yağ
1/4 su stəkanı su
1 şirin qaşığı sirkə

Aralarına sürmək üçün;
Əridilmiş kərə yağı

İçlik üçün;
2 su stəkanı kəsmik
Yarım dəstə cəfəri
Yarım dəstə təzə soğan

Üzəri üçün;
Yumurta sarısı

Hazırlanması:
Xəmir vəsaitlərini dərin bir qabın içinə alaraq 15 dəqiqə yoğurun. Yoğrulma prosesi bitdikdən sonra xəmiri 15 kündəyə bölün.

Xəmirləri 2 saat istirahət etdirin. Kündələrin hər birini boşqab böyüklüyündə bir az unlanmış dəzgahda açın.

Üzərinə fırça ilə kərə yağı sürün, digər düyümləri də açaraq eyni əməliyyatı yerinə yetirin. Bütün yuxalar bitdikdən sonra üst-üstə qoyulan xəmiri mərdanə köməyi ilə açın. Açılan xəmiri bərabər şəkildə kvadratlar şəklində kəsin.

Bu zaman içlik materiallarını qarışdırın. Hazırladığınız içliyi romb şəklində kəsdiyiniz xəmir içinə qoyaraq üçbucaq şəklində bağlanın. Hər birinin üzərinə yumurta sürərək 180 dərəcədə qızdırılmış sobaya verin. Üstləri qızarana qədər bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri