Zanzibar mətbəxinə aid toyuqlu plov resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 819
Səs ver:
(səs: 0)
Tərkibi:
2 su stəkanı basmati düyü
300 qram toyuq
1 böyük quru soğan kub doğranmış
1 böyük yerkökü rəndədən keçirilmiş
1 şirin qaşığı rəndələnmiş təzə zəncəfil
2 qaşıq kərə yağı
1 çubuq darçın
1 şirin qaşığı zirə
5-6 ədəd hil
1 çay qaşığı sarıkök
2-3 kiçik qabıqları soyulmuş bütün kartof

Hazırlanması:
Toyuqları yaxşıca isinmiş qazanının içinə alın. Sonra sulanmasını gözləmədən kərə yağını və zirəni əlavə edin.

2 dəqiqə sonra soğan, sarımsaq və zəncəfil 3 dəqiqə sonra da yerkökü əlavə edin.

Hil, iki yerə sındırılmış çubuq darçın, sarıkökdən sonra 4 stəkan qaynar su da əlavə etdikdən sonra suyun qaynamasını gözləyin.

Qaynayan suya yuyulmuş və suyu süzülmüş düyü, qabıqları soyulmuş bütün kartofları və duzunu əlavə edin, zəif odda suyunu çəkənə qədər bişirin.

15 dəqiqə qədər dəmləndirdikdən sonra qatıqla xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri