Ləziz və praktik fincan börəyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2499
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmiri üçün;
2 su stəkanı un
1 çay stəkanı ilıq su
1 ədəd yumurta
Yarım şirin qaşığı duz

İçlik üçün:
500 qram çuğundur yarpağı
1 ədəd baş soğan
2 yemək qaşığı kərə yağı
1 şirin qaşığı təzə çəkilmiş istiot
Yarım şirin qaşığı duz

Qızartmaq üçün;
3/4 su stəkanı günəbaxan yağı

Hazırlanması:
Dərin bir qabın içərisinə unu qoyaraq ortasını açın. Duzu və yumurtanı ortasına qoyub az az su əlavə edərək yavaşca yoğurun.

Lap yumşaq ələ yapışmayan bir konsistensiya gələndə xəmiri 4 hissəyə ayırın və üstünü nəmli bir bezlə örtərək təxminən 30 dəqiqə dincəlməyə qoyun.

Xəmir gözləyərkən içliyi hazırlaya bilərsiz. Çuğundur yarpaqlarını yuyub saplaq hissələrini bir bıçaqla kəsərək çıxarın və incə incə doğrayın. Soğanı da küp küp yeməli olacaq şəkildə doğrayın.

Bir tavada kərə yağını əridin və soğanları qızarana qədər qovurun, sonra çğundur yarpaqlarını, duzunu və istiotu əlavə edərək qovurmaya davam edin. Qarışıq suyunu buraxıb təkrar çəkənə qədər qarışdıraraq bişirin.

Dinlənən xəmirdən yuxalar edib, ən incə şəkildə açın. Bir tərəfinə içliyi topa topa qoyun. Yuxanin boş tərəflərini dolu tərəflərinin üstünə örtün. İçlik börəyin ortasında qalacaq şəkildə hər bir üzərinə bir qəhvə fincanını basın və bu şəkildə kəsərək çıxardın.

İçlik qurtarana qədər eyni prosesi bütün xəmirə tətbiq edin.

Hazır hala gələn börəkləri bol yağın içərisində qızardın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri