Macar kababı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 020
Səs ver:
(səs: 1)
Tərkibi:
500 qram dana kiçik tikə əti
1 su stəkanı yaşıl noxud
1 su stəkanı kartof
4-5 ədəd dənə istiot
1 yemək qaşığı pörtmüş qarğıdalı
1 ədəd badımcan
1 yemək qaşığı zeytun yağı
100 qram kaşar pendiri
1 çay qaşığı istiot
1 şirin qaşığı duz
1 diş sarımsaq
1 ədəd pomidor

Beşamel sousun materialları;
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı un
1,5 su stəkanı süd
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çimdik muskat qozu

Hazırlanması:
Kartof və badımcanları kub şəklində doğrayın və qızardın.

Sarımsaqları, yaşıl noxudları, qarğıdalı və qızartdığımız kartof və badımcanları soba məcməyisinin içinə düzün.

Alüminium folqa ilə məcməyinin üzərini örtərək şkafın içində 10 dəqiqə bişirin.

Bu zaman fərqli bir tavanın içində ətləri soteleyin və yaxşıca yumşalmasını təmin edin.

Yağda qızardılma prosesi bitdikdən sonra beşamel sousu hazırlayın.

Bunun üçün, kərə yağını və unu birgə qovurun. Daha sonra içinə süd əlavə edərək sürətli qarışdırın. Son olaraq ədviyyatları qoyun və beşamel sousu hazırlayın.

Tərəvəzləri sobadan çıxarın, üstlərinə ət və beşamel sousu əlavə edin.

Son olaraq ən üstünə kaşar pendir qoyub sobaya verin. 180 dərəcədə 30 dəqiqə bişirin. Bişən kabab üstünə bir ədəd cəfəri ilə xidmət edə.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri