Mətbəxdə Ləzzətli Qoxular Yayacaq Hind Yeməyi “Tikka Masala”

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 1 411
Səs ver:
(səs: 0)
Hind mətbəxinin ən məşhur klassiklərindən biri olan Tikka Masala bol sousu və ədviyyatı ilə çox doyurucu Şimali Hindistan yeməyidir. Tikka Masalanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri “garam masala” adlanan hind ədviyyatlarının qarışığıdır. Garam masala da isti ədviyyat qarışığı adlanır. Bir çox ədviyyat qarışığı kimi, bölgədən bölgəyə və aşpazdan aşpaza dəyişir. Tikka Masala yeməyi üçün sizə lazım olan tək şey hind ədviyyatlarıdır. Yumşaq toyuq əti ilə ləzzətli sousun qovuşduğu bu yeməyi yeyənlər daha bir boşqab istəyəcəklər. Qadınla.Com mətbəxdə ləzzətli qoxular yayacaq hind yeməyi “Tikka Masala”nın reseptini təqdim edir.

Tərkibi:
2 ədəd soğan
bitki yağı
4 diş sarımsaq
1 xörək qaşığı zəncəfil
1 çay qaşığı sarıkök
1 xörək qaşığı pul bibər
1 xörək qaşığı paprika
1 çay qaşığı istiot
1 çay qaşığı kimyon
200 ml qaymaq
1 stəkan su

Ətin marınadı üçün:
4 ədəd toyuq filesi
1 çay qaşığı kimyon (cirə)
1 xörək qaşığı paprika
1 xörək qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı pul bibər
1 çay qaşığı xardal
4 diş sarımsaq
1/2 stəkan qatıq
limon suyu
Hazırlanma qaydası:
İlk öncə toyuq filesini orta kub formasında doğrayın. Bir qaba toyuq filesini töküb üzərinə kimyon, paprika, duz, istiot, xardal, sarımsaqəzəndən keçirilmiş sarımsaq, qatıq və limon suyu töküb qarışdırın. Marinad etdiyiniz əti 30 dəqiqə kənarda saxlayın. Tavaya bitki yağı töküb marindalı fileni ocaqda arabir qarışdıraraq bişirib ocaqdan götürün. Başqa bir tavaya bitki yağı töküb kiçik kub formasında doğranmış soğan və sarımsağı qovurun. Üzərinə sarıkök, pul bibər, paprika, istiot, kimyon və zəncəfil töküb qarışdırın. Qovrulan soğanın üzərinə qaymağı və bişmiş ədviyyatlı toyuq ətini töküb qarışdırın. Üzərinə su tökün və tavanın qapağını örtüb su çəkilənə qədər 5 dəqiqə bişirin. Hazır ədviyyatlı yeməyi süfrəyə bişmiş düyü ilə verə bilərsiniz.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri